Image alternative text, required
TKTA "Məktəblərdə keyfiyyət inspeksiyası" layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün "məktəb inspektoru" vəzifəsi üzrə vakansiya elan edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi məqsədilə  məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edir. 

Tələblər:

 

  • Ali təhsil;
  • Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
  • Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
  • Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
  • Minimum yaş həddi - 30 yaş

Üstünlüklər:

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı;
  • Özünüinkişaf və karyerada yüksəliş imkanı;
  • Yüksək əməkhaqqı.

 

İş qrafiki: Xidməti müqavilə əsasında, sərbəst

 

“Məktəb inspektoru vəzifəsi üzrə vakansiyaya seçim müsabiqəsi yazılı imtahan və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsinə test imtahanı və yazı işi (esse) daxildir. Test imtahanında namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, riyazi məntiq üzrə hər birindən 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir.

 

Aşağıdakı tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar:

  • ümumi sualların 50%-ni cavablandıran;
  • pedaqogika və metodika üzrə sualların 50%-ni cavablandıran;
  • esse üzrə mümkün 6 baldan (3 meyar üzrə) yarısını toplayan;
  • heç bir sahə üzrə 0 bal toplamayan.

Son müraciət tarixi: 21.10.2022
Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər.