Image alternative text, required
Akkreditasiya prosesində iştirak edəcək magistratura və ya doktorantura səviyyəsi üzrə təhsilalanların seçiminə start verilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi  tərəfindən akkreditasiya prosesində iştirak etmək istəyən magistratura və ya doktorantura səviyyəsi üzrə  təhsilalanların seçiminə start verilib.

Namizədə qoyulan minimal tələblər:

  1.  Abituriyent imtahanı zamanı topladığı balın 500-dən yuxarı olması;
  2.  Magistratura qəbul imtahanı zamanı topladığı balın 60-dan yuxarı olması;
  3. Bakalavr təhsil səviyyəsini bitirdiyi zaman ÜOMG ortalamasının 85-dən yuxarı olması;
  4. Təhsil aldığı müddətdə mobillik proqramlarında iştirak etməsi (üstünlükdür)

 

Müraciət üçün linkə keçid edin.