TKTA-nın nümayəndə heyəti Böyük Britaniyada işgüzar səfərdə olub

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə   heyəti Böyük Britaniyanın Kardiff şəhərində işgüzar  səfərdə olub.

 

TKTA-nı təmsil edən  Keyfiyyət Təminatı departamentinin direktoru İlham Hümbətov Kardiff şəhərində   keçirilən ENQA – Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının üzvlərinin Forumunda iştirak edib. 32 ölkədən 100-dən artıq iştirakçının qatıldığı Forumda ali təhsildə keyfiyyət təminatının inkişafı, cari cağırışlar və gələcək müştərək layihələr müzakirə edilib.

 

Səfər çərçivəsində, Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi (QAA) və digər ölkələrdən olan qurumlar ilə TKTA-nın mövcud əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr barədə ikitərəfli müazkirələr aparılıb.