Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi işəgötürənləri əməkdaşlığa dəvət edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) peşəsindən asılı olmayaraq formal təhsilə çıxış imkanı olmayan vətəndaşların öz peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsini həyata keçirərək onlara peşə ixtisasını təsdiq edən sənəd əldə etmək imkanı yaradır.

 

Agentlik qiymətləndirilmə və tanınmanın həyata keçirilməsi prosesində maraqlı tərəflərlə (dövlət və özəl sektoru təmsil edən işəgötürənlərlə) əməkdaşlıq etməkdədir və sahibkarları (işəgötürənləri) əməkdaşlığa dəvət edir

 

TKTA ilə qeyri-formal və informal təhsilin tanınması istiqamətində əməkdaşlıq etmək istəyən işəgötürənlər qfitt@tkta.edu.az elektron poçt ünvanına sorğu göndərə bilərlər.