Image alternative text, required
Peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərin nəzərinə!
Title

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”,  “Hüquq” keçid etməklə tanış ola bilərlər.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 10:00 və 13:00-da baş tutacaqdır.

İmtahan 3 dekabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) keçiriləcəkdir.

İmtahanın başlanmasından ən az 1 saat öncə şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə imtahan binasına yaxınlaşmalısınız. Məsələ ilə bağlı vətəndaşlara şəxsi kabinetləri vasitəsilə məlumat verilmişdir.