Image alternative text, required
“Plastik boru qaynaqçısı” ixtisası üzrə imtahan elan edilir.
Title

   Təhsildə Keyfiyyət Təminatı Agentliyi  Azərbaycan Respublikasının vətəndaşları üçün qeyri-formal və informal üsullarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi, tanınması və peşə ixtisasını təsdiq edən sənədin verilməsi məqsədi ilə “Plastik boru qaynaqçısı” ixtisası üzrə imtahan elan edir.

   Belə ki, artıq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlara təhsil haqqında sənəd əldə etmək imkanı yaradılmışdır. Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək imtahanlarda iştirak etməyiniz kifayətdir.

   Müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

 

 

“Plastik boru qaynaqçısı” ixtisası üzrə imtahan barədə

 

İmtahan, bilik qiymətləndirilməsi üzrə test imtahanı ilə yanaşı bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üzrə praktiki imtahan olmaqla iki mərhələdə həyata keçiriləcəkdir. Qiymətləndirmə nəticəsi məqbul olaraq yekunlaşan müraciətçiyə, müvafiq modulu üzrə biliyini, habelə bacarıq, səriştə və təcrübəsini təsdiq edən dövlət nümunəli sənəd “sertifikat” təqdim ediləcəkdir.

 

Ümumi orta təhsil səviyyəsini ən azı 4 (dörd) il öncə və ya tam orta təhsil səviyyəsini ən azı 2 (iki) il öncə bitirərək, “Plastik boru qaynaqçısı” ixtisası üzrə minimum 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün müraciət edə bilərlər.

 

Müraciət qaydaları

 

  • Qiymətləndirmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir.

  • Bütün sənədlər elektron poçt vasitəsilə qəbul edilir.

  • Məktub və ya fiziki kağız daşıyıcıda sənədlər icraata qəbul edilmir.

  • Qiymətləndirmə və tanınma ilə bağlı ərizələrə ilkin baxış proseduru bir neçə mərhələdən ibarət

  • Mərhələlər barədə son məlumat, eləcə dəmüraciətlə bağlı yeniliklər elektron poçt vasitəsilə

  • Elektron poçt ərizəçi tərəfindən daim istifadə olunan olması zəruridir.

  • Elektron poçtda qeyd olunan məlumatları mütəmadi yoxlamaq hər bir ərizəçinin məsuliyyətidir.

 

Tələb olunan sənədlər

 

  • şəxsiyyət vəsiqəsinin elektron surəti;

  • təhsil haqqında dövlət sənədinin elektron surəti (minimum ümumi orta təhsil);

  • görülmüş işin nəticələrini əks etdirən fotoşəkillər;

  • görülmüş işin ərizəçi tərəfindən yazılı təsviri;

  • nümunələr;

  • əmək kitabçası (mövcud olduğu halda);

  • iş təcrübəsi haqqında arayış (və ya arayışlar) və müvafiq sertifikatlar (mövcud olduğu halda);

  • məcburi dövlət sosial sığorta şəhadətnaməsi (mövcud olduğu halda).

 Son müraciət tarixi: 05.04.2021

 

Vətəndaşlar müraciət etmək üçün keçid vasitəsi ilə qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.